Okan Buruk yeni rekordun astanasında
02.04.2024 - 09:32
Superliqanın 31-ci həftəsində bu axşam "Qalatasaray" doğma meydanda "Hatayspor"u qəbul edəcək.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk bu matçla tarixi rekorda imza ata bilər.
“Qalatasaray” “Hatayspor”a qalib gəlsə, 50 yaşlı mütəxəssis doğma meydanda ardıcıl 18-ci qələbəsini qazanacaq və Mirça Luçeskunun rekordunu qıracaq.
"Aslanlar" ötən mövsüm Superliqada son 3, bu mövsüm isə 15 ev oyununda qalib gəlib.
Qeyd edək ki, "Qalatasaray" Okan Burukun rəhbərliyi altında bu mövsüm liqada yalnız "Hatayspor"a uduzub.
0
0