Ölkə çempionatına maaş limiti tətbiq ediləcək - YENİLİK
15.07.2022 - 09:31
Ölkə çempionatına maaş limiti tətbiq ediləcək - YENİLİK

İtaliya çempionatlarında 2023/24 mövsümündən etibarən maaş limiti tətbiq ediləcək.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İtaliya Futbol Federasiyası bununla bağlı A, B seriyası və Pro Liqanın rəhbərləri ilə görüş keçirib.

Qeyd olunan tarixdən klubların ümumi gəlirinin yalnız 80 faizi transferlərə və maaşlara xərclənəcək. Əks təqdirdə transfer və yeni müqavilə ilə bağlı danışıqlara icazə verilməyəcək. 2024/25 mövsümündə bu limitin 70 faizə endirilməsi planlaşdırılır. Çünki digər ölkələrin liqaları da analoji qaydalar tətbiq etməyə başlayır.

İclasda həmçinin avrokuboklara vəsiqə qaydalarına mümkün dəyişikliklər də müzakirə olunub.
 

writer photo
Əlirza Əlirzalı
0