Ölkə kubokunda islahatlar
20.09.2022 - 09:25
Ölkə kubokunda islahatlar

İngiltərə kuboku və Liqa kubokunda islahatların aparılması gözlənilir.

Apasport.az saytının məlumatına görə, belə təşəbbüslər Premyer Liqa klubları çıxış edib.

Təqvimin sıxlığından narazı olan komandalar bəzi dəyişikliklərin tərəfdardır. Onlar ölkə kubokunda 3-cü və 4-cü mərhələdə təkrar oyunların ləğvini istəyir.

Həmçinin avrokuboklarda oynayan komandaların Liqa kubokundan azad edilməsinə icazə verilməsi təklif edilib. Əgər bu variant qəbul olunmasa avrokubok iştirakçıları Liqa kubokuna U-21-in oyunçuları ilə qatılmasına razılıq verilsin.

Bu məsələlər Premyer Liqa klublarının sabahkı toplantısında müzakirə olunacaq. İngiltərə Futbol Liqasının bölüşdürdüyü vəsaitlə bağlı müzakirələr də nəzərdə tutulub.

Qeyd edək ki, qəbul olunacaq yeniliklər ən tez 2024/25 mövsümündən tətbiq edilə bilər.
 

writer photo
Əlirza Əlirzalı
0