Ölkə kubokunda kütləvi dava və 6 qırmızı vərəqə
28.11.2022 - 00:42
Ölkə kubokunda kütləvi dava və 6 qırmızı vərəqə

Futbol üzrə Rusiya kubokunun qrup mərhələsinin son turunda qalmaqal yaşanıb.

Apasport.az saytı xəbər verir ki, Sankt-Peterburqda keçirilən "Zenit" - "Spartak Moskva" matçı zamanı futbolçular arasında kütləvi dava düşüb.

Oyun bitdikdən sonra meydan sahiblərinin yarımmüdafiəçisi Vilmar Barriosla qonaq komandadan Şamar Nikolson arasında başlayan mübahisə kütləvi davaya çevrilib.

Nəticədə hər iki tərəfdən ümumilikdə 6 futbolçuya qırmızı vərəqə göstərilib.

Qeyd edək ki, əsas vaxtı qolsuz başa çatan oyunda "Zenit" penaltilər seriyasında 4:2 üstün olub.

writer photo
Əlirza Əlirzalı
0