Olmo bu il oynamayacaq
30.10.2023 - 13:58
İspaniya millisinin və “Leypsiq”in futbolçusu Dani Olmo zədələnib.
Apasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Bundesliqanın “Köln”lə matçında xəsarət alıb.
Görüşün 63-cü dəqiqəsində oyuna daxil olan ispaniyalı cəmi 7 dəqiqə sonra zədə üzündən meydanı tərk edib. Müayinələrdən sonra Olmonun bu il meydana çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, “Leypsiq” bu qarşılaşmada 6:0 hesablı qələbə qazanıb.
0
0