Onun vida matçı keçiriləcək
19.10.2022 - 17:58
Onun vida matçı keçiriləcək

“Trabzonspor”un futbolçusu Marek Hamşik son dəfə Slovakiya millisinin formasını geyinəcək.

Apasport.az saytının məlumatına görə, bir neçə ay əvvəl yığma karyerasını bitirdiyini açıqlayan 35 yaşlı yarımmüdafiəçinin vida matçı olacaq.

Slovakiya Futbol Federasiyası rəsmi saytı vasitəsilə Hamşikin noyabrda son dəfə yığma formasında meydana çıxacağını açıqlayıb. Komanda noyabrın 20-də Bratislavada Çili ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Bu, həm də Hamşikin vida matçı ilə əlamətdar olacaq.

Qeyd edək ki, Marek Hamşik 2007-ci ildən ötən ilə qədər Slovakiya yığmasının heyətində 135 oyun keçirib, 26 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0