Orteqa “Mançester Siti”yə keçdi
25.06.2022 - 00:36
“Arminiya”nın qapıçısı Ştefan Orteqa İngiltərəyə köçüb.
Apasport.az saytının məlumatına görə, almaniyalı qolkiper “Mançester Siti”yə keçib.
29 yaşlı oyunçu yaxın günlərdə Premyer Liqa çempionu ilə 3 illik müqavilə imzalayacaq. Onun “Arminiya” ilə müqaviləsi iyunun 30-dək olduğundan, “şəhərlilər” qapıçını azad agent kimi heyətinə qatıb.
Qeyd edək ki, Ştefan Orteqa ötən mövsüm “Arminiya”nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 59 qol buraxıb. Komanda isə mövsümü 17-ci pillədə tamamlayaraq, Almaniya Bundesliqasını tərk edib.
0
0