Paytaxt klubu onu Premyer Liqaya buraxmadı
20.08.2022 - 12:00
“Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko bu yay komandanı tərk etməyəcək.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu 28 yaşlı hücumameyilli oyunçunun İngiltərəyə yollanmasına icazə verməyib.
Belçika millisinin üzvü “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem”in maraq dairəsindədir. Ancaq madridlilərin baş məşqçisi Dieqo Simeone onu buraxmaq fikrində deyil.
Qeyd edək ki, Yannik Karrasko ötən mövsüm 3302 dəqiqə meydanda olmaqla yalnız qapıçı Yan Oblak və yarımmüdafiəçi Kokedən az oynayıb.
- Poçettino ÇL finalı haqda: “Bəxt nəticəni müəyyənləşdirə bilər”
- Basketbol Liqasında son turun proqramı müəyyənləşib
- Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün start tarixi bəlli olub
- Azərbaycan boksçusu Avropa birinciliyində yarımfinala yüksəldi
- "Fənərbaxça" La Liqa klubunun futbolçusu üçün rəsmi danışıqlara başladı
0
0