Paytaxt klubunda yeni müqavilə
06.10.2022 - 17:13
Paytaxt klubunda yeni müqavilə

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka yeni müqaviləyə razılıq verib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu uzunmüddətli sazişə qol çəkəcək.

Hazırda sözləşməsi 2024-cü ilə qədər olan İngiltərə millisinin üzvü yeni müqavilədən sonra 2027-ci ilin yayına qədər paytaxt klubuna məxsus olacaq.

Qeyd edək ki, 2019-cu ildən “Arsenal”da çıxış edən Bukayo Sako cari mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0