Pele Premyer Liqada yad olunacaq
30.12.2022 - 16:01
İngiltərə Premyer Liqasının üç gün ərzində keçiriləcək bütün oyunlarında futbol kralı Pele yad olunacaq.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə Premyer Liqası verib.
Dekabrın 30-31-də və yanvarın 1-də keçiriləcək matçlar bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, qarşılaşmanın bütün iştirakçıları qollarında qara sarğı ilə meydana çıxacaq.
Qeyd edək ki, futbol üzrə yeganə üçqat dünya çempionu olan Pele 82 yaşında vəfat edib.
0
0