Penyanın yeni klubu müəyyənləşdi
17.06.2022 - 23:24
Penyanın yeni klubu müəyyənləşdi

“Vilyarreal”la müqaviləsi başa çatan Ruben Penyanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Osasuna”ya keçib.

30 yaşlı futbolçu azad agent kimi yeni klubuna qoşulub. Onunla 3 illik müqavilə imzalanıb. Ruben 2025-ci ilin yayına qədər Pamplona təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Penyanın müqaviləsində sərbəstqalma məbləği kimi 15 milyon avro göstərilib. 
 

writer photo
Əlirza Əlirzalı
0