“Mançeseter Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın zədəli futbolçuları haqda danışıb.
Apasport.az saytı xəbər verir ki, o, 3 futbolçusunun zədədən əziyyət çəkdiyini deyib.
52 yaşlı ispan Con Stounz, Cek Qriliş və Mateo Kovaçiçin durumuna aydınlıq gətirib: “Con Stounz və Cek Qriliş zədəlidir. Onlar “Vest Hem”lə oyunda iştirak edə bilməyəcəklər. Həmçinin, Çempionlar Liqasında “Srvena Zvezda”ya qarşı oynamağa hazır olacaqlarını düşünmürəm, amma biz onları izləyəcəyik. Cekin əzələ zədəsi var, Con daha yaxşıdır, amma hələ də problemləri var. Mateo Kovaçiçin də əzələ zədəsi var və o da matçda iştirak edə bilməyəcək”.
Qeyd edək ki, Premyer Liqanın dörd turunun nəticələrinə əsasən, 12 xalla turnir cədvəlinə başçılıq edən şəhərlilər bu gün səfərdə “Vest Hem”lə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.