"Qalatasaray"dan "Benfika"ya transfer olunan Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu Portuqaliya təmsilçisində azarkeşlərin sevimlisinə çevrilib.
Həmyerlisi Orkun Kökçü ilə komanda yoldaşı olan Aktürkoğlu, yeni klubunda qol və assistlərini sıralamağa davam edir.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçunun son "qurban"ı İspaniya nəhəngi “Atletiko Madrid” olub.
Aktürkoğlu "Benfika"nın 4:0 hesablı üstünlüyü ilə başa çatan Çempionlar Liqası matçında La Liqa nəhənginə qol vurub.
Matçda komandasının ilk qoluna imza atan Kerem Aktürkoğlunun uğurlu çıxışı Portuqaliya və İspaniya mətbuatında gündəm olub.
Kerem bu mövsüm "Benfika"da oynadığı 5 oyunun hamısında qola töhfə verməyi bacarıb.
Türk futbolçu bu matçlarda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Benfika" - "Atletiko Madrid" matçında Türkiyə millisinin daha bir üzvü Orkun Kökçü komandasının 4-cü qolunun müəllifi olub.
Kökçü həmçinin matçın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.