Premyer Liqa klubundan qapıçı ilə bağlı qərar
19.01.2023 - 17:11
İngiltərənin “Nyukasl” klubu qapıçısı Loris Kariusla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Qolkiperlə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. O, 2022-ci ilin sentyabrında “Nyukasl”la qısamüddətli müqavilə imzalamışdı. Klub rəhbərliyi onu mövsümün sonunadək saxlamağa qərar verib.
Qeyd edək ki, 2016-2022-ci illərdə “Liverpul”a məxsus olan qapıçı ötən mövsümü icarə əsasında “Union”da keçirib.
0
0