Premyer Liqa klubundan yeni təklif
14.06.2023 - 16:21
Premyer Liqa klubundan yeni təklif

“Fulhem” futbolçusu Villianı heyətində saxlamağa qərar verib. 

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu braziliyalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Premyer Liqa təmsilçisi onunla 1 illik anlaşma imzalamaq istəyir. Klub rəhbərliyi Səudiyyə Ərəbistanından təklif alan 34 yaşlı cənubi amerikalının qalacağına ümid edir. Bu üzdən ona həftəlik 58 min avro təklif olunub.

Qeyd edək ki, Villianın müqaviləsi bu ayın sonunda başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0