Premyer Liqa komandasından 2 xal silinəcək
12.04.2024 - 13:54
Premyer Liqa komandasından 2 xal silinəcək

Ötən mövsüm Premyer Liqaya yüksələn və liqada qalmaq üçün mübarizə aparan "Şeffild Yunayted"ə xalların silinməsi cəzası verilib.

Apasport.az xəbər verir ki, klubdan verilən açıqlamada 2022/23 mövsümündə maliyyə qaydalarını pozduğuna görə EFL rəhbərliyi tərəfindən xal silinmə cəzası tətbiq edildiyi bildirilib.

"Şeffild Yunayted" Premyer Liqada bu cəzanı çəkməyəcək, çünki onlar EFL-in idarə etdiyi Çempionşipdə pozuntuya yol veriblər. "Şeffild" yeni mövsümə mənfi 2 xalla başlayacaq.

31 matçdan sonra 16 xal toplayan "Şeffild Yunayted"in düşmə zonasından yuxarıda olan "Nottingem Forest"lə 9 xal fərqi var.

writer photo
Əlirza Əlirzalı
0