Prezident etiraz etdi: "Azarkeşlər sağa biləcəyimiz inəklər deyil"
16.02.2024 - 16:48
"Azarkeşlər sağa biləcəyimiz inəklər deyil".
Apasport.az xəbər verir ki, bu sözləri “Bayern”in fəxri prezidenti Uli Höness açıqlamasında deyib.
"Deyək ki, mövsüm biletlərinin qiymətlərini 350 avro etdik. 2 milyon avro daha çox gəlir əldə edəcəyik, amma "Bayern" üçün 2 milyon avro nə puldur ki? Transfer danışıqlarında bu məbləğ 5 dəqiqə müzakirə edilir. Lakin azarkeşlər üçün 120 və 350 avro arasında fərq böyükdür. Azarkeşlər sağa biləcəyimiz inəklər deyil! Futbol hər kəs üçün olmalıdır. Bizimlə İngiltərə arasındakı ən böyük fərq budur", - deyə prezident bildirib.
0
0