PSJ "Atletiko Madrid"in müdafiəçisinə göz dikib
08.04.2024 - 15:36
"Atletiko Madrid"lə müqaviləsi iyunun sonunda başa çatacaq mərkəz müdafiəçisi Mario Hermosonun Fransa çempionatında oynamaq şansı var.
Apasport.az "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, PSJ 28 yaşlı ispan oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır. Paris komandasının baş məşqçisi Luis Enrike Hermosonu komandasında görmək istəyir.
PSJ-dən başqa, “Yuventus” və “İnter” də Marionu öz rənglərinə bağlamaq istəyir.
Qeyd edək ki, Hermoso 2019-cu ilin yayından “Atletiko Madrid”də oynayır. İspaniya çempionatının bu mövsümündə müdafiəçi 23 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
0
0