PSJ-də 370 milyon avroluq ziyan
30.10.2022 - 00:43
PSJ-də 370 milyon avroluq ziyan

PSJ-nin 2021/22 mövsümündə 370 milyon avro ziyana düşüb.

Apasport.az saytının məlumatına görə, Fransa klubunun maliyyə durumuna belə ağır zərbənin dəyməsinə Kilian Mbappe ilə yeni müqavilənin imzalanması səbəb olub.

Ötən mövsümü belə mənfi saldo ilə başa vurmaq UEFA-dan 65 milyon avro cərimə ilə müşayiət olunub. Bu cəzanın 10 milyonu ödənilibsə, digər hissəsi maliyyə durumunun dəyişməyəcəyi halda veriləcək.

PSJ üç mövsüm ərzində bu balansı düzəltməlidir. Əgər 2025-ci ilin yayına qədər maliyyə vəziyyəti dəyişməsə, daha ağır sanksiyalara məruz qala bilər.

Qeyd edək ki, PSJ bununla bağlı hər 6 ayda bir dəfə UEFA-ya hesabat verməlidir.
 

writer photo
Əlirza Əlirzalı
0