PSJ-nin sahibi "Liverpul" və ya "Mançester Yunayted"i istəyir
10.01.2023 - 11:12
“Qatar Sports Investments” fondu İngiltərə klublarına sərmayə yatırmaq istəyir.
Apasport.az saytı xəbər verir ki, Fransada PSJ klubuna sahib olan şirkət "Liverpul" və "Mançester Yunayted"in səhmlərinə maraq göstərir.
Fond nümayəndələri komandalardan hər hansı birini almağın yollarını araşdırdıqlarını da açıqlayıblar.
Qeyd edək ki, ərəb sərmayədarların daha əvvəl klubun səhmlərinin bir hissəsinin alınması ilə bağlı “Tottenhem”lə təmaslarının olması barədə də məlumat yayılmışdı.
0
0