PSJ səfərdə qarşısıalınmazdır
22.08.2022 - 09:30
PSJ səfərdə qarşısıalınmazdır

PSJ Fransa Liqa1-də səfər oyunları rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, parislilər ölkə çempionatı tarixində 6 səfər matçının hamısında azı 3 qol vurmağı bacaran ilk komanda olub.

Komanda son olaraq dünən III tur çərçivəsində “Lill”i 7:1 hesabı ilə məğlub edib. Bu qarşılaşmanın 9-cu saniyəsində fərqlənən hücumçu Kilian Mbappe isə Liqa1-in ən erkən qolunun müəllifinə çevrilib.

Qeyd edək ki, ilk 3 turda 9 xal toplayan PSJ turnir cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0