Pyer Kalulu yenidən zədələndi
31.10.2023 - 17:41
Pyer Kalulu yenidən zədələndi

"Milan"ın müdafiəçisi Pyer Kalulu yenidən zədələnib.

Apasport.az xəbər verir ki, “Napoli” ilə səfər matçı zamanı sol ayağının bud vətərindən xəsarət alan futbolçu oyunu vaxtından əvvəl tərk edib. 

Kalulu xəstəxanadan qayıtdıqdan bir həftə sonra zədələnib. Ehtimal olunur ki, 23 yaşlı müdafiəçi 4 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Fransalı oyunçu bir ay yarımlıq yoxluqdan sonra oktyabrın 22-də “Yuventus”a (0:1), 25-də PSJ-yə (0:3) qarşı görüşlərdə iştirak edib.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi bu mövsüm 4 oyunda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0