“Qalatasaray” Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?“ - Ali Koç - YENİLƏNİB
07.04.2024 - 22:06
“Qalatasaray” Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?“ - Ali Koç - YENİLƏNİB

Bu gün Türkiyə Superkubokunun finalında "Fənərbaxça" "Qalatasaray"la üz-üzə gələcək. 

Apasport.az xəbər verir ki, oyundan öncə "Fənəbaxça"nın prezidenti Ali Koç açıqlama verib:

"Bu gün İslam Çupinin sözlərini xatırlama günüdür.

"Fənərbaxça", 100-də 50 şansı olan bir müsabiqəyə əsas komandasını gətirməmiş, kubok şansını zəyiflətmiş, bunu da inandığı dəyərlər ve üzləşdiyi haqsızlıqlara üsyan etmək nöqtəsinə gəldiyi üçün etmişdir.

İçində olduğumuz vəziyyətdə ən çox narahat edən məqamlardan biri, suiqəsd cəhdinin günahkarlarının tapılmamasıdır. 3 iyulda qurulan məhkəmələrin hələ də havada qalması və nəticələnməməsidir.

Bütün bu pisliklərin, anormallıqların bir klubun başına gəlməsi və hadisələrin adiləşdirilməsi "Fənərbaxça"nı üsyan etmə radəsinə gətirmişdir. Bu üsyanın ilk addımını istəməyərək bu dəyərli şəhərimiz Şanlıurfada atmaq məcburiyyətindəyik.

"Klubumuza nə dövlətdən, nə siyasətçilərdən, "keçmiş olsun" mesajı gəlmədi.

İndi isə bir sual verim: "Qalatasaray" Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?”

writer photo
Əlirza Əlirzalı
0