“Qalatasaray” daha bir hücumçu istəyir
19.08.2022 - 16:25
“Qalatasaray” daha bir hücumçu istəyir

Dris Mertens kimi ulduz futbolçunu transfer edən “Qalatasaray” bununla kifayətlənmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu daha bir hücumçu keçidində maraqlıdır.

“Sarı-qırmızılılar”ın hədəfindəki qolçu Moskva “Spartak”ında çıxış edən Şamar Nikolsondur. Super Liqa təmsilçisi həm Yamayka millisinin üzvü ilə, həm də klubu ilə danışıqları sürətləndirib.

Qeyd edək ki, “Spartak”a bu ilin yanvarında “Şarlerua”dan keçən 25 yaşlı hücumçu ötən mövsümün ikinci dövrəsində 16 oyunda 8 qol vurub, 2 assist edib.

writer photo
Əlirza Əlirzalı
0