“Qalatasaray” PSJ ilə danışıqlara başlayır
30.12.2023 - 13:53
“Qalatasaray” PSJ ilə danışıqlara başlayır

"Qalatasaray" yarımmüdafiə xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, fransız oyunçu Tanqi Ndombeleni göndərməyə hazırlaşan "sarı-qırmızılar"ın hədəfindəki futbolçu bəlli olub.

İstanbul təmsilçisinin çalışdırıcısı Okan Buruk ispaniyalı Karlos Soleri komandada görmək istəyir. "Aslanlar"ın baş məşqçisi Ndombeledən narazıdır və onun göndərilməsi üçün artıq qərar verilib. 

Buruk Solerin bir neçə mövqedə oynaya bildiyi üçün komandaya daha çox fayda verəcəyini düşünür. Türklər 26 yaşlı oyunçunun transferi üçün PSJ ilə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Soler bu mövsüm çıxdığı 13 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0