Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları baş tutub.
Apasport.az-ın məlumatına görə, Türkiyə çempionu “Qalatasaray” pley-offa yüksəlib.
Səfərdə “Maribor”a 3:0 hesabı ilə qalib gələn “aslanlar” İstanbulda da rəqibini məğlub ediblər. 1:0 hesabı ilə başa çata oyunda yeganə qolu Mauro İkardi vurub.
Ötən mərhələdə “Qarabağ”dan güclü olan “Rakuv” uğurlu çıxışını davam etdirir. Polşalılar hər iki görüşdə Kipr çempionuna qalib gəliblər.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu
“Aris” (Kipr) – “Rakov” (Polşa) – 0:1
İlk oyun -1:2
“Makkabi” Hayfa (İsrail) – “Slovan” (Slovakiya) – 3:1
İlk oyun -1:2
“Dinamo” (Xorvatiya) – AEK (Yunanıstan) – 1:2
İlk oyun təxirə salınıb və avqustun 19-da keçiriləcək.
“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) – 1:0
İlk oyun – 3:0
“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 3:3, pen. 2:4
İlk oyun – 0:0
“Molde” (Norveç) – “Klaskvik” (Farer adaları) – 2:0, əlavə vaxtda
İlk oyun – 1:2
Liqa yolu
“Şturm” (Avstriya) – PSV (Hollandiya) – 1:3
İlk oyun – 1:4
“Baçka Topola” (Serbiya) – “Braqa” (Portuqaliya) – 1:4
İlk oyun – 0:3
"Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan) – 2:1, pen. 3:5
İlk oyun – 0:1
“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) – 1:1
İlk oyun – 1:2
“Qalatasaray” və “Rakuv” pley-offda
16.08.2023 - 01:56
0
0