"Qalatasaray"ın futbolçusu AVRO-2024-ü buraxacaq
16.05.2024 - 10:16
Avro-2024 öncəsi İtaliya milli komandasının heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, icarə əsasında "Aston Villa"da çıxış edən Nikolo Zaniolo sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ayağından zədə alıb. O, Avropa çempionatında İtaliya yığmasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Nikolo Zaniolo "Qalatasaray"a məxsusdur. "Sarı-qırmızılar" futbolçunu mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verib.
- Paralimpiya çempionumuz yeniyetmələrə master klass keçəcək
- Tahir Gözel: "Son anadək "Slaviya" ilə düşəcəyimizə ümid edirdim"
- Azərbaycan Kuboku: “Turan Tovuz” II Liqa klubunu darmadağın etdi - YENİLƏNİB
- Bakıda Novruz bayramına həsr olunan tədbir keçirilib
- Slovakiya - Ukrayna oyununun ən yaxşısı açıqlandı
0
0