"Qalatasaray"ın oyununun vaxtı dəyişdirilib
27.02.2024 - 16:44
"Qalatasaray"ın oyununun vaxtı dəyişdirilib

Türkiyə Futbol Federasiyası Super Liqanın 29-cu həftə proqramında dəyişiklik edib.

Apasport.az xəbər verir ki, "Qalatasaray" - "Rizespor" və "İstanbulspor" - "Kasımpaşa" oyunlarının günü və saatı dəyişib.

Martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan "Qalatasaray" matçı martın 8-də, saat 21:00-da başlayacaq. "İstanbulspor" - "Kasımpaşa" görüşü isə martın 8-dən 10-na keçirilib. 

Qeyd edək ki, buna "aslanlar"ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub.

writer photo
Əlirza Əlirzalı
0