“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı
06.01.2023 - 15:17
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı

“Qalatasaray”ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb.

Apasport.az saytı xəbər verir ki, tanınmış iş adamı üçüncü divizionda mübarizə aparan “Şarlerua” komandasına sahib olub.

Belçika klubu satışla bağlı açıqlamasında “Şarlerua – Qalatasaray gələcəyə birlikdə və əl-ələ” şüarı ilə irəliləyəcəklərini bəyan edib. Bildirilib ki, yeni prezident maliyyə və idman sahəsində onlara dəstək verəcək.

Qeyd edək ki, 111 yaşlı komanda Belçika III divizionunda bu mövsüm 17 görüş keçirib. Bu oyunlarda 36 xal toplayan “Şarlerua” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0