Portuqaliyada Liqa Kubokunun qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Braqa” mükafatın sahibi olub.
Komanda yarışın finalında "Eştoril"lə qarşılaşıb. 6-cı dəqiqədə Kassiano penaltini dəqiq yerinə yetirərək qonaqları önə çıxarıb, 20-ci dəqiqədə Rikardo Horta hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə qapılara qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyən edilib. Bu mərhələdə daha dəqiq (5:4) oynayan “Braqa” rəqibini məğlub edərək, kubokun 2023/24 mövsümü üçün qalibi adını qazanıb.
Qeyd edək ki, ötən mövsüm sözügedən mükafatı “Porto” almışdı.