"Qarabağ"ın və Monteneqro milli komandasının yarımmüdafiəçisi Marko Yankoviç Millətlər Liqasının B4 qrupunun 4-cü turunda Uelslə görüşdəki məğlubiyyəti (0:1) şərh edib.
Apasport.az xəbər verir ki, Ağdam klubunun aparıcı üzvü yığma komandasının uğursuz çıxışını bu cür dəyərləndirib:
"Bizi çətin oyunun gözlədiyini bilirdik. Uels bir çox cəhətdən üstün idi. İkinci hissədə “ya hər şey, ya da heç nə” prinsipi ilə oynamağa başladıq. Yaxşı görünürdük, lakin ümumilikdə Uels daha yaxşı komanda idi və layiqli qələbə qazandı. Bu komandalar arasında fərq var. İstənilən komandaya qarşı oynayarkən nikbin və pozitiv düşünmək xoşdur. Ancaq ümumilikdə götürsək, Uelsin oyunçuları ciddi klublarda oynayırlar və hazırda onlar bizdən daha yaxşıdır".