“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” yeni futbolçu transfer edir.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Poznan təmsilçisi “Rusenborq”un dayaq yarımmüdafiəçisi Pavle Vaqiçlə anlaşıb.
Norveç klubuna ötən il “Malmö”dən keçən 22 yaşlı futbolçunun həm özünün, həm də komandasının bu keçid üçün razılığı alınıb. Bununla Vaqiç “Lex”in heyətinə qatdığı 3-cü isveçli olub. Kapitan Mikael İshak və Yesper Karlstrem də Polşa klubunda çıxış edir.
Qeyd edək ki, “Lex”lə “Qarabağ” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.