"Qarabağ"ın rəqibi məğlub oldu
15.01.2024 - 12:30
"Qarabağ"ın rəqibi məğlub oldu

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi ölkə çempionatında məğlub olub.

Apasport.az xəbər veir ki, XVII turda Artur Jorjenin çalışdırdığı "Braqa" səfərdə "Porto"nun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin (2:0) qələbəsi ilə başa çatıb.

"Porto" 38 xalla 3-cü, "Braqa" isə 33 xalla 4-cü sıradadır.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə fevralın 15-i səfərdə, 22-i isə evdə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0