Bukmeker kontorları MLS təmsilçisi “Los-Anceles”lə müqavilə bağlayan Qaret Beyllə bağlı maraqlı mərc təqdim ediblər.
Apasport.az saytının məlumatına görə, Uels millisinin kapitanının yeni mövsümdə MLS-də vuracağı qol sayı müzakirəyə çıxarılıb.
Proqnozsevərlərə 32 yaşlı hücumçunun “Los Anceles”dəki ilk mövsümündə minimum 6 dəfə rəqib qapılarına yol tapacağına qoyuluş etmək təklif olunub. Bunun isə əmsalı 1,60-dır. Beyl 2010/11 mövsümündə “Tottenhem”də oynamağa başladığı dövrdən bəri geridə qalan 12 mövsümün 10-da bunu bacarıb. Yalnız 2019/20 və 2021/22 mövsümündə o, 5 qolla yadda qalıb.
“Real”dan yenicə ayrılan forvardın mövsümdə minimum 5 qol vuracağına da yüksək əmsal təklif olunub – 2,10.
Qeyd edək ki, Qaret Beyl “Los-Anceles”lə 1 illik müqavilə imzalayıb. ABŞ klubu onun çıxışından məmnun qalsa, bu müddər daha il yarımlıq uzadılacaq.