“Barselona”nın yarımmüdafiəçisi Qavi karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Liverpul” gənc oyunçunun “Barselona” ilə müqaviləsinin uzadılması ilə bağlı yaranmış qeyri-müəyyənlikdən yararlanmaq istəyir.
Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçunun 50 milyon avroluq satın alma maddəsini aktivləşdirərək onu heyətinə cəlb etməyi planlaşdırır. Həmçinin “Bavariya” və PSJ də kataloniyalılarla müqaviləsinin bitməsinə bir il qalmış Qavini almağa hazırdır.
Qeyd edək ki, sözləşməsi gələn ilin yayına qədər olan Qavi geridə qalan mövsüm 47 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə verib.