Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev bildirib ki, Qazaxıstan Futbol Federasiyası komandanın AÇ-2024-ün seçmə mərhələsindəki çıxışından sonra ona avtomobil hədiyyə edib.
Apasport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis avtomobilin açarları ilə fotosunu sosial şəbəkədə paylaşıb: “Mən özümü bu hədiyyəyə qismən layiq hesab etmirəm. Fikrimcə, həm məşqçi, həm də komanda olaraq azarkeşlər qarşısında hələ istədiyimiz nəticələri əldə etməmişik. Məqsədimizə çatmaq və Avropa çempionatına çıxmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Qazaxıstan yığması 18 xalla H qrupunda dördüncü yerdə qərarlaşıb və mart ayında AÇ finalları üçün pley-off matçları oynayacaq.