“Real”ın hücumçusu Kərim Benzema “Qızıl top” mükafatını qazanan 5-ci fransalı futbolçu olub.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı qolçu 24 illik həsrətə son qoyaraq bu titula yiyələnən ilk fransızdır.
Ondan əvvəl Raymon Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papen (1991) və Zinəddin Zidan (1998) “Qızıl top” qazanıb.
Benzema 2009-2018-ci illərdə çiyin-çiyinə çıxış etdiyi Kriştiano Ronaldonun “Real”ı tərk etməsindən sonra daha yaxşı oynadığını da etiraf edib: “Onunla oynamaq şərəf idi. Ronaldo vəhşidir. O gedəndə məndə daha çox iş görmək istəyi yarandı. Ronaldonun ayrılığı bu baxımdan mənə əlavə motivasiya verdi”.
Qeyd edək ki, Kərim Benzema ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 44 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.