“Qolden Boy” mükafatı sahibini tapdı
21.10.2022 - 16:14
“Qolden Boy” mükafatı sahibini tapdı

“Qolden Boy” mükafatının sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, ən yaxşı gənc oyunçu adına Qavi sahib çıxıb.

“Barselona”nın 18 yaşlı yarımmüdafiəçisi noyabrın 7-də Turində mükafatlandırılacaq. O, bir müddət əvvəl Raymon Kopa mükafatını da qazanıb. 

“Tuttosport”un təsis etdiyi mükafata 20 iddiaçı olub. İspaniyalı futbolçu səsvermədə Camal Musiala, Cud Bellinqem, Eduardo Kamavinqa kimi futbolçuları qabaqlayıb.

Qeyd edək ki, ötən il “Qolden Boy”un qalibi digər “Barselona”lı Pedri olub.

writer photo
Əlirza Əlirzalı
0