Qvardiola 70 nəfərə 10 min sterlinq mükafat verib
30.08.2024 - 19:23
Qvardiola 70 nəfərə 10 min sterlinq mükafat verib

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola maraqlı addımla diqqət çəkib.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis klub işçilərinin hərəsinə 10 min sterlinq pul mükafatı verib.

Buna səbəb ötən mövsüm "şəhərlilərin" uğurlu çıxışı, klub personalının bu uğurda pay sahibi olmasıdır.

Qeyd edək ki, Qvardiola aralarında aşpazlar, fizioterapistlər, baristalar və təhlükəsizlik xidmətinin əməkdaşları da olmaqla ümumilikdə 70 nəfəri mükafatlandırıb.

writer photo
Əlirza Əlirzalı
0