Qvardiola: “O, 4 gündə 11 qol vurub, mən 16 ildə 12”
22.03.2023 - 16:30
Qvardiola: “O, 4 gündə 11 qol vurub, mən 16 ildə 12”

“Erlinq sadəcə möhtəşəm oyunçudur”. 

Apasport.az saytı xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib. 

52 yaşlı mütəxəssis komandanın əsas hücumçusu Erlinq Holandı güclü futbolçu aldırıb. İspaniyalı məşqçi norveçlinin 4 gündə 11 qol vurduğunu xatırladaraq, özünün 16 illik futbolçu karyerasında cəmi 12 qolla yadda qaldığını bildirib: “Bu tip hücumçuları saxlamaq rəqib üçün sadəcə mümkünsüzdür. Onun komandamızda olması bizim ən böyük şansımızdır”.

Qeyd edək ki, Norveç millisinin də şərəfini qoruyan 22 yaşlı hücumçu bu mövsüm 37 matçda 42 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0