Rafinya Ronaldoya çatdı
24.10.2024 - 16:18
Rafinya Ronaldoya çatdı

“Barselona”nın vingeri Rafinya Dias UEFA Avropa Liqası və Çempionlar Liqasında “Bayern”ə qarşı oyunda (4:1) het-trik edən 4-cü futbolçu olub.

Apasport.az xəbər verir ki, bu barədə “Opta sports” məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 3-cü tur matçında Münhen komandasının qapısına 3 qol vurub. Bundan əvvəl Roy Makay, Serxio Aquero və Kriştiano Ronaldo bunu bacarmışdı.

“Bayern”lə oyunda “Barsa”nın futbolçularının orta yaşı həddi 24 yaş 185 gün olub. Bu, Çempionlar Liqasında Münhen klubunu məğlub edən ən gənc heyətdir.

writer photo
Əlirza Əlirzalı
0