Ramos “Real”la oyunu gözləyir
20.10.2023 - 15:13
“Sevilya”nın futbolçusu Serxio Ramos “Real”la matçda sabiq komandasına qarşı oynayacaq.
Apasport.az xəbər verir ki, buna 37 yaşlı müdafiəçinin özü qərar verib.
16 mövsüm "Real"ın formasını geyinən Ramos oktyabrın 21-də baş tutacaq matçda "Kral klubu"na qarşı oynamağı məqsədəuyğun sayıb. Arxa xətt oyunçusu bu görüşdə iştirakla bağlı tərəddüd içində olsa da, sonda oynamağa üstünlük verib.
Qeyd edək ki, Ramosun ilk klubu "Sevilya" olsa da, əsas uğurlarına “Real”da imza atıb.
0
0