Ramosun “Sevilya” variantı
06.01.2023 - 14:37
Ramosun “Sevilya” variantı

PSJ-nin futbolçusu Serxio Ramos İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı müdafiəçi peşəkar karyerasını başladığı “Sevilya”ya qayıdacağı gözlənilir.

Bu, onun Fransa klubu ilə müqaviləsi başa çatdıqdan sonra reallaşmalıdır. Amma bunun üçün Ramos nisbətən aşağı maliyyə şərtləri ilə razılaşmalı olacaq.

Qeyd edək ki, Serxio “Real”dakı sabiq komanda yoldaşı Kriştiano Ronaldonun keçdiyi “Əl-Nəsr”in də maraq dairəsindədir.
 

writer photo
Əlirza Əlirzalı
0