“Real” həkimi ilə vidalaşdı
13.11.2023 - 12:16
“Real” həkimi ilə vidalaşdı

İspaniyanın "Real" klubu həkimi Niko Mihiçi vəzifəsindən azad edib.

Apasport.az xəbər verir ki, buna Arda Gülər də daxil olmaqla, bir çox futbolçunun zədələrinin təkrarlanması səbəb olub.

Futbolçularla tibb işçiləri arasında münaqişələrin olması da bu qərara təsir edib. 2017-ci ildən klubda çalışan xorvatiyalı həkimin qovulmasının əsas səbəblərindən birinin zədəsini mövsümün əvvəlindən sağalda bilməyən Gülərin yanlış müalicəsi olduğu iddia edilir. 

Qeyd edək ki, futbolçunun daha 1 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0