“Real Madrid”dən sürpriz xal itkisi
06.11.2023 - 09:36
“Real Madrid”dən sürpriz xal itkisi

“Real Madrid” İspaniya çempionatının 12-ci turunun ev oyununda "Rayo Valyekano" ilə qarşı-qarşıya gəlib.

Apasport.az xəbər verir ki, görüş elə başladığı kimi qolsuz yekunlaşıb.

“Kral klubu” qalib gələcəyi təqdirdə, 31 xalla turnir cədvəlinə başçılıq edən “Jirona”nı keçəcəkdi. Arda Gülər isə ehtiyat oyunçular skamyasında başladığı oyunda Karlo Ancelotti tərəfindən meydana buraxılmayıb.

Geridə qalan 12 oyundan sonra “Real” 29 xalla ikinci pillədə qərarlaşıb. “Rayo Valyekano” 18 xalla 9-cu yerdədir.

writer photo
Əlirza Əlirzalı
0