"Real" Mbappe ilə bağlı təcili iclas keçirib
16.10.2024 - 09:57
"Real" Mbappe ilə bağlı təcili iclas keçirib

"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe təcavüzdə ittiham olunur.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, İsveç polisi fransalı hücumçunun bir qıza cinsi təcavüz etməsi ittihamı ilə bağlı araşdırmalara başlayıb.

Bununla bağlı “kral” klubunda təcili iclas keçirilib. Rəhbərlik yeni ulduzun başına gələn qalmaqalı müzakirə edib.

Xatırladaq ki, Kilian Madrid komandasının sıralarına yay "transfer pəncərəsi"ndə qoşulmuşdu. O, 5 illik əmək müqaviləsi bağlayaraq, azad agent kimi PSJ-dən La Liqa klubuna keçib.

Bu mövsüm Mbappe Madrid komandasının heyətində 11 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0