"Real" mövsümə heç-heçə ilə başladı
19.08.2024 - 09:29
"Real" mövsümə heç-heçə ilə başladı

İspaniya La Liqasında 1-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

Son çempion “Real” “Malyorka” ilə səfər matçında 1 xal qazanıb. "Real"ın qolunu Rodriqo, "Malyorka"nın qolunu isə Vedat Muriqi vurub.

“Real Sosyedad” – “Rayo Valyekano” matçında isə qonaqlar qələbə qazanıblar.

writer photo
Əlirza Əlirzalı
0