"Real"dan "Mançester Yunayted"ə?
05.08.2023 - 15:18
"Real"dan "Mançester Yunayted"ə?

Madrid "Real"ının yarımmüdafiəçisi Aurelien Tçuameni karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq 23 yaşlı fransızı komandasında görmək istəyir. 

Baş məşqçisinin arzusunu yerinə yetirmək istəyən “qırmızı şeytanlar”ın rəhbərliyi ispanlarla danışıqlara başlamağı planlaşdırır. Futbolçu ilə "Bavariya"nın da maraqlandığı bildirilir.

Qeyd edək ki, Tçuameni ötən mövsüm 50 oyunda 4 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0