“Real”dan Mbappe və Keyn qərarı
14.06.2023 - 13:14
“Real”dan Mbappe və Keyn qərarı

“Real” bu yay hücumçu almayacaq.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunun rəhbərliyi Kiliam Mbeppe və Harri Keyni transfer etməməyə qərar verib.

Madrid təmsilçisi Mbappenin keçidi ilə bağlı PSJ ilə danışıqlar aparmaq fikrində deyil. “Real” “Tottenhem”də çıxış edən Keynin transferinə ehtiyac duymur.

Paytaxt təmsilçisi bu yay üçün yetərincə vəsait xərclədiyi qənaətindədir. Bu üzdən madridlilər Cud Bellinqem, Fransisko Qarsiya və Xoselunun transferi ilə kifayətlənəcək.

Qeyd edək ki, icarədə olan Braim Dias da “Real”a qayıdıb.

writer photo
Əlirza Əlirzalı
0