“Real”ın istədiyi belçikalı
17.08.2022 - 13:28
“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans İspaniyaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü “Real”ın maraq dairəsinə düşüb.
La Liqa çempionu 25 yaşlı orta sahə oyunçusunun ətrafında baş verənləri diqqətlə izləyir. Tilemans “Arsenal” və “Mançester Yunayted” kimi klubların da transfer gündəmindədir. Ancaq madridlilər bu məsələdə tələsmədən hərəkət etmək istəyir. Çünki təklif edəcəkləri təqdirdə futbolçunun dərhal razılaşacağını düşünürlər.
Qeyd edək ki, Yuri Tilemans 2019-cu ildən “Lester”də çıxış edir.
- “Sumqayıt” “Arsenal”ın futbolçusunun transferini rəsmiləşdirdi
- AVF prezidenti Azərbaycanın voleybol yığmasının üzvləri ilə görüşüb
- Ülvi İsgəndərov: "Qol vurmağım məni də çox sevindirir, amma..." - Müsahibə
- Emin Mahmudov: “Sabah geridönüş etməyə çalışacağıq”
- Millimiz Olimpiya Təsnifat turnirinin ilk oyununda qələbə qazanıb
0
0